Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Əzizov: “İcra Hakimiyyətinin balansındakı 11700 bina ayda 2 dəfə dezinfeksiya edilir”

“Artıq 2 aydır ki, karantin şəraitində yaşayırıq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E. Əzizov deyib ki, bu vəziyyət Bakıda İcra hakimiyyətləri qarşısında yeni çağırışlar qoyur: “Bu çağırışlara Bakı Şəhər İcra Hakimiyyətinin strukturları hazır oldular. Bunun səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyata malik Azərbaycan dövləti modelinin yaranmasıdır”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanda yeni tipli modul xəstəxanaların tikintisinə başlanıb, ərzaq ehtiyacları təmin olunub: “Ümumdünya Səhiyyə Təşkilatı da görünən işləri yüksək qiymətləndirib. Müqayisə aparsaq, 10 milyon əhalisi olan Azərbaycanda koronavirusa yoluxanların sayı 3 minə, 2,9 milyon əhalisi olan Ermənistanda 4 minə çatıb”.

E. Əzizov nəzərə çatdırıb ki, Bakıda dezinfeksiya işləri hələ ölkədə xəstəlik aşkarlanmamışdan əvvəl başlanıb: “Bakı Şəhər İcra Hakimiyyətinin balansında 11 min 700 bina var, bu binalarda 2 həftədən gec olmayaraq dezinfeksiya işləri aparılır. Küçə və prospektlər xüsusi maddələrlə yuyulur”.

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Son xəbərlər
Bütün xəbərlər »