Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Çin üçün “dar ağacı” qurulur – Beynəlxalq araşdırma tələb olunur

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 73-cü illik sessiyası işə başlayacaq. İclas ilk dəfə videoformatda keçiriləcək. İştirakçılar iki vacib məsələnin müzakirəsini aparacaqar- Koronavirusun yaranması səbəbinə dair Avropa Birliyinin qətnaməsini və Tayvanın müşahidəçi qismində ÜST-ə qatılmasını.

Birinci məsələ, yəni Avropa Birliyinin qətnaməsinin müzakirəsi artıq 120 iştirakçı tərəfindən dəstəklənib. Hər iki məsələnin müzakirəsi Çinin nüfuzuna xələl vura bilər.

Koronavirus pandemiyası Pekinin bütün səylərinə baxmayaraq Çinin beynəlxalq nüfuzunda qara bir ləkə kimi qalacaq. 120 ölkə, o cümlədən Avstraliya Aİ-nin koronavirusun yaranma və yayılma səbəblərinin araşdırılmasına dair qətnaməsini bəyənib. Buna paralel olaraq ABŞ Tayvanın müşahidəçi qismində ÜST-ə qəbul edilməsi üçün kampaniya aparır.

“Gələcək pandemiyalardan qorunmaq üçün biz müstəqil və ciddi elmi araşdırma aparmalıyıq ki, bu böhranın nədən qaynaqlandığını dəqiq öyrənək”,- deyə ötən həftə Aİ-nin Ali nümayəndəsi Cozef Bürrel bəyan etmişdi.

Bizimyol.info The Guardian-a istinadən xəbər verir ki, lazım olan 194 səsdən artıq 120-si təmin olunub. Əgər layihə ÜST üzvlərinin üçdə ikisinin səsini qazansa qəbul olunacaq.

Virusun süni şəkildə yaradılması barədə fikirlər o, Çin sədlərini aşdıqdan dərhal sonra yaranmağa başladı. Əvvəllər bu ittihamlar yüngül formada səslənsə də, son günlər külli miqdarda təzminat davaları iddiaları ilə qoşa səslənməkdədir.

May ayının əvvəlində ÜST-ün Çindəki nümayəndəsi Qoden Qalea bildirib ki, Çin rəhbərliyi virusun yaranma mənbəyinin araşdırılmasında iştirakdan imtina edib. Mayın 3-də The Daily Telegraph Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada və Britaniya kəşfiyyat xidmətlərinin hazırladığı dosye əsasında Çini koronavirus barədə məlumatları məhv etməkdə günahlandırıb.

Pekin virusun yaranma mənbəyinin araşdırılmasına dair çağırışları böyük narazılıqla qarşılayır və bunu digər ölkələrin virusla mübarizədə uğursuzluğunu gizlətmək üçün fikri yayındırmaq məqsədi daşıdığını deyir.

Çinin xarici işlər naziri Yue Yuyçen məsələni siyasiləşdirməyin düzgün olmadığını söyləyib.”Çin əsassız ittihamları rədd edir və beynəlxalq araşdırmanı özünə qarşı şaiyələr əsasında başladılmış məhkəmə kimi qiymətləndirir.Biz dünyanı pandemiyaya qarşı birgə əməkdaşlığa səsləyirik”,- deyə Çinin XİN başçısı qeyd edib.

Lakin beynəlxalq aləmin rəyinə grə, Çinin bu şəkildə özünü aparması ona qarşı şübhələri daha da artırır və onun imicini daha da pisləşdirir. Çinin beynəlxalq aləmdəki müttəfiqləri Rusiya və İndoneziya da Aİ-nin Çinə qarşı qətnaməsini dəstəkləyiblər.Konfrans öncəsi Çin diplomatları ÜST üzvlərtinin hökumətləri ilə əlaqə saxlayıb Tayvanın üzvlük məsələsinə məhdudiyyət qoymağı və məsələni siyasiləşdirməməyi tələb ediblər.

İlhamə Rəsulova

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »