Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın dəhşətli silahına qarşı Azərbaycanın startap problemi

Sosial mediada Ermənistanın dəhşətli silahı adlandırılan “PicsArt” proqramı müzakirələrə səbəb olub. Ermənistanın bu informasiya texnologiyası ilə rəqabət apara biləcək Azərbaycanın startapının olmaması narahatlığa səbəb olub.

Məsələ ilə bağlı “Elektron Ticarət” İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov Bizimyol.info-ya bildirib ki, Azərbaycan startapları son 10 ildə yerində sayırlar.

Nicat Manafov Nicat Manafov

“Son 5 ildə eyni startapları dala-qabağa eləməklə məşğuluq. Belə ki, dövrü keçmiş, yəni startap mərhələsindən çıxmış startapları belə Azərbaycanda yerli startap imicilə təqdim edirlər. Azərbaycanda startap ekosistemində baxanda orada startap şirkətinin fəaliyyət göstərdiyini görə bilmirik.

Amma xarici ölkələrdə azərbaycanlıların təsisçi və ya əməkdaşı olduğu startaplar var. Belə ki, azərbaycanlıların təsisçi olduğu startapların bir çoxu isə Dubayda, Amerikada fəaliyyət göstərir. Onların Azərbaycanla əlaqəsi yoxdur, heç Azərbaycan şirkəti də deyillər”,-deyə N.Manafov bildirib.

Azərbaycanda ideyasına və startapına investor tapmağın çətin olduğunu bildirən ekspert deyib ki, Azərbaycanda startap bazarının 1 nömrəli problemi investordur: “Azərbaycanlı investorların yeni informasiya texnologiyalarına isti baxmadığını görürük. Bizdə investorlar xoşlayırlar ki daşınmaz əmlaka-yaşayış binalarına, restoranlara investisiya qoysunlar. İnnovativ texnologiyalara investsiya alışqanlıqları yoxdur. Koronavirusla mübarizə çərçivəsində biz gördük ki informasiya texnologiayaları nə qədər vacibdir. Kanantin kimi hallar təkrar baş verərsə, investorlar daş dövründən çıxmağı başa düşəcəklər”.

Ekspert Nicat Manafov “Bakutel” beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi kimi tədbirlərin sadəcə şou olduğunu bildirdi: “Startap sərgiləri sadəcə beynəlxalq tədbirdə şou göstərmək üçün vasitədir. Bu tədbirlərə, sərgilərdə tökülən milyonlarla vəsaitin Azərbaycan gəncinə heç bir faydası yoxdur. Bunun əvəzinə Azərbaycan gəncinə qrantların, kreditlərin verilməsi yaxşı olardı.

Dünyada elektronlaşma bu qədər sürətli getdiyi halda Azərbaycanda startaplar sadəcə fiksiyadır. Azərbaycanlı gənc startapların ölkədən getməsinə səbəb olduğumuz halda ekosistem düzələn deyil”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »