Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Çinə qarşı təzminat davası açmağa hazırlaşır

Dünyanın başına koronavirus bəlasını açan Çin cavab verməli olacaq. Çin ciddi – cəhdlə virusu qəsdən yaymadığını sübut etməyə, dünyanın ən böyük dövlətlərinin kəşfiyyat orqanları isə bunu sübut etməyə çalışır. Hansı dövlətin nə qədər zərər çəkdiyini hesablamaq yəqin ki, sonrakı iş olacaq. Amma dünyaya dəyən zərbə göz önündədir. “Çin virusu” dünyanın hərəkət istiqamətini dəyişdirməyi, dayandırmağı bacardı.

2 gün öncə Hindistanın Baş naziri bəyan edib ki, Pekin rəhbərıliyini Birləşmiş Millətlər Təşkilatına şikayət edib və 20 trilyon dollar təzminat tələb edib. (Dünyanın müxtəlif ölkələrində milyarddan sonrakı rəqəmlər müxtəlif cür adlanır, bunu nəzrərə alınmasını xahiş edirik- red).

Bizimyol.info Agence France-Press-ə istinadən xəbər verir ki, Hindistan İş adamları Bürosu, Hindistan Beynəlxalq Hüquq Komissiyası birlikdə BMT-nin İnsan Haqları Komitəsinə rəsmi şikayət göndərib.

Uhanda laboratoriya

Şikayət ərizəsində Çinin virusun yayılmasında bir başa məsuliyyət daşıdığı, Hindistan iqtyisadiyyatının virus nəticəsində 20 trilyon dollarlıq zərərə uğradığı və bu zərərin Çin tərəfindən qarşılanmasının tələb edildiyi vurğulanır.

Eyni zamanda Böyük Britaniya da Çini məsul görərək,Çin hökumətindən 3,2 milyard sterlinqlik təzminat tələb edib.

Bu şikayət ərizələrində Çin Kommunist Pariyası ən pis xəbərləri dünyadan gizlətməyə çalışmaqda, ölü sayını reallıqdan az göstərməkdə, virusun insandan insana keçmə riski və yoluxma sürəti barədə düzgün məlumat verməməkdə ittiham olunur. Qısası, Çin xəstəliyin laboratoriyadan kənara sızdırılması, sızdırıldıqdan sonra da qarşısının alınmasında gecikməsi, dünyanı xəbərsiz qoyması ilə ittiham olunur.

G7 dövlətlərinin ümumi ziyanı 4,11 trilyon dollar olaraq hesablanır. Henri Cekson dərnəyinin hesabatına əsasən, İngiltərə 449 milyard, ABŞ 1 trilyon 200 milyar $, kanada 59 milyard, Avstraliya 37 milyard dollar təzminat tələb edəcək.

İngiltərənin Mühafizəkarlar Partiyasının 15 vəkili öz hökumətlərinə Çinlə münasibətlərin yenidən düşünlüməsinin vacibliyini qeyd edən müraciət göndərib.

Ankaranın Vəkillər Bürosunun üzvləri Melih Akkurt və Selenay Kurt ayrı -ayrılıqda təmsil etdikləri şirkətlərin zərərlərini hesablayaraq Çin hökumətinə təzminat davası açıblar. Onlar ölkə vəkillərini də öz hərəkatlarına qoşulmağa çağırıblar. Türkiyənin rəsmi qaydada təzminat davası açıb- açmayacağı dəqiq bilinməsə də, bu barədə təkliflər səslənməkdədir. Hələlik Rusiya və Azərbaycan bu məsələdə susqunluğunu qorumaqdadır.

İlhamə

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Son xəbərlər
Bütün xəbərlər »