Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana qarşı donanma və təyyarələrini göndərdi - Regionda gərginlik artır

İran ABŞ-ı Birləşmiş Millətlər Təşkilatına şikayət edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ABŞ İranın Venesuelaya neft satışının qarşısını almağa cəhdlər edib. Buna görə də nazir Məhəmməd Cavad Zərif ölkəsi adından BMT-nin baş katibi Antonio Quterreşə xitabən məktub yazıb.

Məhəmməd Cavad Zərif Məhəmməd Cavad Zərif

O, məktubunda ABŞ-ın qanunsuz, təhlükəli və təxribatçı təhdidlərini beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən quldurluq növü adlandırıb: “ABŞ-ın dünyada gücdən istifadəyə son verməsi və beynəlxalq hüququn qaydalarına, xüsusilə açıq dənizlərdə nəqliyyat sərbəstliyinə hörmət etməsi vacibdir”.

Zərif ABŞ-ın sözügedən təhdidlərinə qarşı İranın lazımi tədbirləri görəcəyini qeyd edib.

Qeyd edək ki, İran mediasında bu ölkə tərəfindən Venesuelaya göndərilən yanacaq tankerlərinin qarşısını almaq üçün ABŞ-ın 4 döyüş gəmisi və bir kəşfiyyat təyyarəsi göndərdiyi iddia olunub. Dünyanın ən böyük yanacaq ehtiyatlarına sahib ölkələrdən biri olan Venesuela sanksiya və iqtisadi böhran səbəbilə neft platformalarını işlədə bilmir, İran isə istehsal etdiyi nefti satmaqda çətinlik çəkir. Hər iki ölkə ABŞ-ın ağır sanksiyalarından əziyyət çəkir.(Publika.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »