Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nazir Vilayət Eyvazovdan yeni təyinat

Salyan Dövlət Yol Polisinə yeni rəis təyinatı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə baş-leytenant Tural Namazov Salyan rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin daxili tədqiqat yoxlaması nəticəsində Salyan DYP-nin rəisi Orxan Qəribov, rəis müavini Əsəd Əsədov, inspektor Raqib Dəmirov, İstintaq bölməsinin rəisi Kərim Xələfov, Əməliyyatçı İntiqam Dəmirov və daha 2 nəfər tutduqları vəzifələrdən azad edilərək sərəncama göndəriliblər.

Bundan başqa Salyan Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini İlqar Şabanov da tutduğu vəzifədən azad olunaraq Xaçmaz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə rəis təyin edilib.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »