Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tələbəni oğurlayıb, diri-diri dəfn etmək istəyiblər

Sekta üzvləri tələbəni oğurlayaraq, diri-diri dəfn etmək istəyiblər.

“The Punch” nəşrinin məlumatına görə, dəhşətli hadisə Nigeriyanın Ebonya ştatında qeydə alınıb.

Zərərçəkən, 20 yaşlı Sendey Ocinin iddiasına görə, hücum edənlər onu düşmən klanın üzvü ilə səhv salıblar.

“Onlar məni motosikllə Ekoliyə qaçırdılar, orada torpağı qazdılar, məni çuxura atıb, sinəmə qədər basdırdılar”, - deyə tələbə bildirib.

Sekta üzvlərinə bu əməllərini sona çatdırmağa yaxınlıqdan keçən ovçular mane olub:

“Mən içəridə uzamışdım, boğulurdum və qışqırırdım. Bu vaxt onlar yaxınlaşan addım səslərini eşidib qaçdılar”.

Hadisədən sonra tələbə xəstəxanaya yerləşdirilib. Polis sektanın 36 üzvünü həbs edib, lakin ilkin dindirilmədən sonra onlardan çoxu azadlığa buraxılıb. Doqquz şübhəli isə dəmir barmaqlıqların arxasında məhkəmə hökmünü gözləyir.(oxu.az)

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »