Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güclü külək ağacları və binanın damını elektrik xətlərinin üzərinə aşırıb

Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda və bəzi regionlarda elektrik enerji təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

2-ci Zabrat qəsəbəsində Maştağa yoluna çıxan xəttin üzərinə ağac aşaraq 0,4 kV-luq ÖİN kabel xətlərini zədələmişdir. Ən çox ziyan Şimal RETSİ-nin ərazisində qeydə alınıb. Külək Quba, Qusar və Xaçmaz rayonlarında elektrik xətlərinə ciddi ziyan vurub. Bir neçə ərazidə ağaclar elektrik xətlərinin üzərinə aşıb.

Quba şəhərində külək 5 mərtəbəli binanın damını elektrik xəttinin üzərinə aşırıb. Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

Abonentlərimizdən xahiş edirik ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »