Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayson 15 il sonra yenidən rinqə qayıdır

Amerikalı boksçu Evander Holifild həmyerlisi Mayk Taysonla ağır çəkidə üçüncü döyüşü keçirmək niyyətindədir.

E.Holifild bu barədə "The 3 Point Conversion" “YouTube” kanalına verdiyi müsahibəsində bildirib. Əlli yeddi yaşlı boks ustası qeyd edib ki, onun nümayəndələri bu barədə danışıq aparırlar. Razılıq isə hələ əldə olunmayıb.

Qeyd edək ki, bundan əvvəl hər iki boksçu xeyriyyə məqsədi üçün rinqə qayıdacağını bildirmişdilər.

Xatırladaq ki, 1997-ci ildə E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə olunmaqla, həm də diskvalifikasiya olunub.

E.Holifild M.Taysonla iki dəfə qarşılaşıb və hər ikisində ona qalib gəlib.

Evander Holifild son döyüşünü 2011-ci ildə keçirib. Aktivində 44 qələbə və 10 məğlubiyyət var. “Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə bitirib. O, karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb. (Modern.az)

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »