Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin son 3 ayda 50 milyard qoruyucu maska ixrac edib

Çin dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası şəraitində tibbi avadanlıq və ləvazimat ixracını artırıb.

Martın 1-dən bəri 50,9 milyard ədəd qoruyucu maska, 216 milyon qoruyucu geyim, 81,03 milyon eynək, təxminən 1 milyard cüt əlcək ixrac edib. Bundan başqa, xarici ölkələrə 162 milyon test dəsti, 26,43 milyon ədəd infraqırmızı termometr, 71 min 700 süni tənəffüs aparatı göndərilib.

Bildirilir ki, pandemiya ilə mübarizədə istifadə üçün avadanlıq və ləvazimatların ixracı apreldən başlayaraq sürətlə çoxalıb. Belə ki, aprelin əvvəlində gündəlik ixrac 140 milyon dollar təşkil edirdisə, hazırda bu rəqəm 500 milyon dollara yaxınlaşır. (Modern.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »