Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çexiyada azərbaycanlılara qarşı saxta pul ittihamıyla bağlı XİN-dən Açıqlama
azerbaycan_xin_004
Bir müddət əvvəl məlumat vermişdik ki, Çexiyada Azərbaycandan olan turistlərə qarşı kobud davranırlar. Bu barədə Bizimyol.info-ya adının çəkilməsini istəməyən iş adamı məlumat verib. O, turist kimi istirahətə getdiyi Karlovı Varı şəhərində yerli polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb: “Mənə dedilər ki, üstünüzdə saxta pul var. Araşdırmalıyıq. Araşdırdılar, təbii ki, saxta pul aşkarlanmadı. Bu müddətdə hansısa otaqda deyil, dəhlizdə 3 saat avtomat silah altında ayaq üstə gözlətdilər. Polis rəisi: “Mənim Azərbaycandan olanlara qarşı antipatiyam var” dedi. Daha sonra sərbəst buraxdılar. Belə hallarla başqa azərbaycanlı turistlərin qarşılaşdığını da eşitmişəm”. İş adamı deyir ki, başına gələnlərlə bağlı Çexiyanın Azərbaycandakı səfirliyinə və başqa qurumlara da müraciət edəcəyi üçün hələlik adını açıqlamır: “Hər il Karlovı Varı sanatoriyalarına minlərlə azərbaycanlı gedir, Çexiyanın, həmin şəhərin büdcəsinə çox böyük qatqıları var. Ancaq yerli polis və sair qurumlar bizim millətin nümayəndələrinə qarşı aşkar hörmətsizlik edir. Ən çox da saxta pul iddiası ilə saatlarla saxlayaraq qəsdən incidirlər. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi və Çexiyadakı səfirliyimiz ciddi işləməlidir”. Sözügedən iş adamı yenidən redaksiyamıza müraciət edib və Çexiyada azərbaycanlılara qarşı təzyiqlərin artıq kütləvi hal aldığını deyib.

Məsələ ilə bağlı Bizimyol.infoya açıqlama verən XİN-nin mətbuat katibi Hikmət Hacıyev məlumatdan xəbərsiz olduğunu, belə halların baş verdiyi təqdirdə vətəndaşların ölkəmizin səfirliyinə müraciət etməli olduğunu bilirib.

“Biz bu məsələdən xəbərsizik.Belə hal baş veribsə araşdırılmalıdır.Vətəndaşlar bununla bağlı ölkəmizin həmin ölkədə yerləşən konsulluğuna və daxili orqanlarına müraciət etməlidir.Belə hallarla bağlı rəsmi müraciət edilməlidir ki, araşdırılsın”.

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› Moskvada ermənilər yallıya oynadı: Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını oxudu - Video
››› 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »