Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Respublikanski” xəstəxanasında koronavirusa kütləvi yoluxma ilə bağlı rəsmi açıqlama

“Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası 1 həftə müddətinə müvəqqəti olaraq bağlanıb. Amma bu, koronavirusla bağlı deyil. Yəni xəstəxanada virusa yoluxma faktı yoxdur”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

Rəvanə Əliyeva Rəvanə Əliyeva

R.Əliyeva qeyd edib ki, xəstəxana ilə bağlı yeni qəbul qaydaları müəyyənləşdirilir:

“Bu səbəbdən də xəstəxanada yeni qəbullar dayandırılıb. Amma hazırda xəstəxanada olan xəstələrin müalicəsi davam etdirilir. Bir həftə müddətində xəstəxanada sturktur dəyişikliyi olacaq, yeni qəbul qaydaları, tibb müəssisəsinə giriş-çıxış müəyyənləşəcək. Həmçinin profilaktika məqsədilə dezinfeksiya işləri həyata keçiriləcək”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, xəstəxananın Ginekologiya Şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə yayıldığında bu axşamdan xəstəxana fəaliyyətini dayandırıb.

Məlumata görə, xəstəxananın bütün tibb personalından “COVİD – 19” testi götürüləcək. Yalnız bundan sonra xəstəxananın tam fəaliyyətini dayandırıb-dayandırmamasına qərar veriləcək.

Tibb ocağının Qəbul şöbəsi Gununsesi.org-un sorğusuna cavab olaraq, xəbəri təsdiqləyib.

Bildirilib ki, tibb müəssisəsinin açılacağı personalın test nəticələrindən sonra bəlli olacaq.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »