Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraqda komendant saatı tətbiq ediləcək

İraq yeni koronavirus pandemiyası səbəbindən səkkiz günlük komendant saatı tətbiq edilməsini elan edib.

Bu barədə "Al Arabiya" telekanalı bildirib.

Televiziya stansiyasından verilən məlumata görə, 24 saat ərzində izolyasiya rejimi mayın 22-də başlayacaq və mayın 30-dək davam edəcəkdir. Ramazan bayramını da iraqlılar izolyasiya şəraitində keçirəcəklər.

Hazırda İraqda 3 260 nəfər koronavirusa yoluxub, 121 nəfər ölüb, 2166 nəfər sağalıb. (Trend.az)

Son xəbərlər
Bütün xəbərlər »