Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bərbər koronavirusa yoluxdu, 125 nəfər karantinə alındı

Türkiyənin Kocaeli vilayətində koronavirusa yoluxan bərbər 125 nəfərin karantinə alınmasına səbəb olub.

Hadisə Başiskele Kullar məhəlləsində baş verib.

Məhəllədə bərbər salonu işlədən şəxsin koronavirus testi müsbət çıxıb. Bununla əlaqədar 4 gün ərzində bərbərə gələn bütün müştərilər müəyyən olunub və 125 nəfər karantinə alınıb.

Mənbənin yazdığına görə, koronavirusun yaratdığı təşviş səbəbindən məhəllədəki əksər bərbər salonlarının açılmaması qərara alınıb. (Modern.az)

Son xəbərlər
Bütün xəbərlər »