Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti: “Hər gün səkkiz kilometr piyada gəzirəm”
Mənsum İbrahimov

“Sənət insanı gərək özünə fikir versin. Həm geyiminə, həm də oturuşuna-duruşuna. Xüsusi olaraq bu muğam ifa edən xanəndələrə aiddir. Onların geyim tərzləri də fərqlidir”.

Oxu.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramında deyib.

59 yaşlı sənətçi formada qalmaq üçün az yediyini və çoxlu piyada gəzdiyini bildirib:

“Mən hər zaman hərəkətdəyəm. Həyət evində yaşayıram. Hər gün səkkiz kilometr piyada gəzirəm. Fəal həyat tərzi sürürəm. Yeməklə aram yoxdur. Qurman deyiləm. Yeməyimə diqqət edirəm. Həyatda hər şeyin qədərini sevirəm.

Tərəzi bürcündənəm. Hər şeyi 100 dəfə ölçüb, bir dəfə biçirəm. Səhnə insanı hər zaman formada olmalıdır”.

Paylaş »
››› İqbal Ağazadədən Lavrovun açıqlamasına cavab: Hərb yoluyla 4 rayonumuzu azad etməliyik
››› “Müharibə an məsələsidir”
››› Hərbçilərə əsgər salamı verən balaca məktəbliyə xüsusi təklif gəldi - Foto
››› Elmar Vəliyevin ağlını itirməsi barədə xəbərlər yayılıb
››› Millət vəkili: “Bəzi məmurların övladlarını xaricə göndərməsi barədə məlumatlar var"
Son xəbərlər
Bütün xəbərlər »