Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asim Mollazadə: "Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etməyib"

“Rəsulzadə SS-də iştirak etməyib, Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımını törətməyib”.

APA-nın məlumatına görə, bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsinə cavab olaraq bildirib.

“Rəsulzadə üzvləri Nürnberq məhkəməsi tərəfindən məhkum edilən SS-də olmayıb, hərbi cinayətlərdə iştirak etməyib. Ona görə də Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr gülüncdür. O, belə danışmaqla bu gün Ermənistanda qəhrəmanlaşdırılan faşist casusu və kütləvi qətllərin müəllifi Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı rüsvayçılığı ört-basdır etmək istəyir”, - deyə Asim Mollazadə bildirib.

Millət vəkili Rəsulzadənin heç orduda belə olmadığını və Azərbaycan legionunun tərkibində müharibədə iştirak etmədiyini xatırladıb.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »