Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Tikiş Evi: "Yoluxma halları müəssisə daxilində baş verməyib"

Bakı Tikiş Evi (ASC) bəzi internet resurlarında yayılmış məlumatlara münasibət bildirib.

ASC-dən "Report"a daxil olan xəbərdə deyilir ki, Bakı Tikiş Evi (ASC) Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Daxili Qoşunların geyimlərinin istehsalı ilə ölkənin ən çətin günlərində peşəkar fəaliyyəti ilə dövlətə və dövlətçiliyə daim xidmət edib və xidmət etməyə davam edir:

"Bakı Tikiş Evi bəzi internet resurlarında yayılmış dəqiqləşdirilməmiş məlumatla bağlı narahatlığını bildirir. Ölkəmizdə karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq, müəssisəmiz rəsmi icazə əsasında koronavirusa qarşı müvafiq qorunma tədbirlərini alaraq, azsaylı işçi qüvvəsi ilə fəaliyyətini bərpa edib.

Fabrik fəaliyyətə başlamazdan əvvəl, Səhiyyə Nazirliyi Sanitariya və Epidemiologiya xidməti tərəfindən dezinfeksiya edilib. Həmçinin profilaktik tədbir olaraq müəssisənin öz təşəbbüsü ilə, əməkdaşlar "COVID-19” testindən keçirilib.

Yoxlama zamanı şübhəli test nəticələri olan işçilərlə bağlı dərhal bütün tədbirlər görülərək, TƏBİB-ə rəsmi məlumat verilib. TƏBİB tərəfindən müvafiq əməkdaşlarımız, dövlət tərəfindən təyin olunmuş karantin bölgələrindən birinə yerləşdirilib.

Qeyd etmək istərdik ki, fabrikin fəaliyyəti karantin rejiminin yumuşaldılmasından sonra bərpa edildiyindən kütləvi yoluxma halları müəssisə daxilində baş verməyib. İşçilərimizin vəziyyəti stabildir və heç bir ağırlaşma halı yoxdur.

TƏBİB-dən bizə verilən məlumata əsaslanaraq deyə bilərik ki, önümüzdəki həftənin ilk yarısında yekun müayinələr aparılaraq, onlar uyğun qərar əsasında evə yola salınacaqlar. Son olaraq qeyd etmək istərdik ki, bundan əvvəl mövzu ilə bağlı müəssisəmiz haqqında yayılan bütün xəbər və məlumatlar əsassızdır!"

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »