Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATU-nun psixiatrı: “ÜST COVID-19 pandemiyası kontekstində səhvini etiraf etdi”

“Sosial məsafəyə yox, sosial ayrı-seçkiliyə yox! Fiziki məsafəyə-hə, sosial həmrəyliyə-hə!”

Bu şüar bu həftə Avropa Psixiatrik Assosiasiyasının zehni sağlamlıq və koronavirus infeksiyası COVID-19 mövzusunda təşkil etdiyi videokonfransda qəbul edilib.

Bu barədə oxu.az-a məşhur psixiatr, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılov məlumat verib.

Onun sözlərinə görə, vebinarda 28 ölkədən mütəxəssislər iştirak edib.

“Çox maraqlı suallar müzakirə olundu. Məsələ burasındadır ki, COVID-19 bir çox etik və tibbi problemlər yaradıb. Lakin videokonfransın mühüm cəhəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “sosial məsafə” ifadəsindəki səhvini etiraf etməsi oldu.

“Qlobal Psixiatriya Təşəbbüsü” beynəlxalq təşkilatı cəmiyyətin antaqonizminə və parçalanmasına səbəb olduğu üçün “sosial məsafə” termininin qəbuledilməzliyi məsələsini çox sərt şəkildə açıqladı”, - deyə psixiatr qeyd edib.

Onun sözlərinə görə, bütün mütəxəssislər bunun uğursuz bir ifadə olduğuna israr ediblər. Bu ifadənin ağrılı şəkildə qəbul edildiyi bir çox həssas qrup var. Bu ehtiyatsız tətbiq olunan ifadə həm psixoloji, həm də sosial olaraq arzuolunmaz nəticələrə səbəb gətirib çıxarır.

“Hər ikisi də asılılıq yaratdığı üçün siqaret çəkənləri narkoman adlandıra bilmərik. Eyni şeyi sosial və fiziki məsafə haqqında da demək olar”, - deyə F.İsmayılov izah edib.

“Sonda ÜST nümayəndəsi səhvini etiraf etdi və bu gündən etibarən təşkilat bütün müraciətlərində “fiziki məsafədən” istifadə edəcəyini bildirib.

Vebinarda iştirak edənlər bir kampaniyaya başlayıb və müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində yuxarıdakı ifadələrlə bağlı şüarlar yazılmış plakatlar sifariş ediblər”, - deyə psixiatr fikirlərini yekunlaşdırıb.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »