Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Ölkəmizin xəyalını gerçəkləşdirmək bizə nəsib oldu”

“Ölkəmizin xəyalını gerçəkləşdirmək, çox şükür ki, bizə nəsib oldu”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "1915 Çanaqqala" körpüsünün təməlqoyma mərasimindəki çıxışında bildirib.

“Bu, İstanbul boğazını bəzəyəcək dünyanın ən uzun körpüsü adına layiqdir. Körpünün uzunluğu 2 023 metrdir. Bu, 2023-cü ili hədəf almağımız deməkdir. Təsadüfi olaraq təyin olunan hədəf deyil. Bərə ilə 1,5 saat sürən boğaziçi səyahəti körpü ilə 6 dəqiqə ərzində tamamlanacaq. Bununla da əldə ediləcək vaxt və yanacaq qənaəti ölkəmizin qazancına yazılacaqdır”, - Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə Cümhuriyyətin qurulmasının 100-cü ildönümü olacaq.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »