Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtda avtoxuliqanlıq edənlər həbs edilib - Video

Sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Səbail rayonu, Niyazi küçəsində nəqliyyat vasitələrində sərnişinlərin intizamsız davranışlarıyla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Müəyyən olunub ki, həmin nəqliyyat vasitələrindən biri “Mesedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sənişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.  Digər nəqliyyat vasitəsi – “Kia” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.

Həmin şəxslər Səbail RPİ 9-cu PB-yə gətirilərək barələrində İXM-in 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Sabail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayev 30 gün, Z.Cəfərov və R.Məcidov hər biri 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »