Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın iqtisadiyyatı üçün bədbin proqnoz

“2008-2009-cu illərdəki beynəlxalq maliyyə böhranından sonra Ermənistan iqtisadiyyatı uzun müddətə özünü toplaya bildi. Bir neçə il böhrandan əvvəlki iqtisadi göstəriciləri bərpa etmək mümkün olmadı. İndi isə koronavirus pandemiyası Ermənistanı iqtisadi təhdid qarşısında qoyub”.

Teleqraf.com xəbər verir ki, bunu erməni iqtisadçı Qrant Mikaelyan deyib.

Mikaelyan pandemiyanın Ermənistan iqtisadiyyatına ağır zərbə vurduğuna və ortaya çıxan zərərlərin uzun müddət bərpa edilməsinin mümkünsüzlüyünə diqqət çəkib:

“Bu dəfə də böyüməni çox tez bərpa edə bilməyəcəyik. Çox güman ki, bərpa prosesi təxminən 2 il çəkəcək, bu müddət 4-7 il də ola bilər. Maddi resursların məhdud və ya heç olmaması, durumu bir qədər də ağırlaşdırır. Yəni karantindən çıxdıqdan dərhal sonra əvvəlki səviyyəyə qayıda bilməyəcəyik”.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »