Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya aviasiyasının mirvarisi” pilotsuz idarə olunacaq

Rusiyanın perspektivli Su-57 qırıcı təyyarəsi pilotsuz uçuş rejimini sınaqdan keçirib.

Bu barədə “RİA Novosti” qonşu ölkənin müdafiə-sənaye kompleksindəki mənbəyə istinadla xəbər yayıb.

“T-50 uçan laboratoriya bazasında pilotsuz rejim işlənir. Uçuş zamanı pilot kabinədə olur, yalnız bütün funksiyaların yerinə yetirilməsinə nəzarət edir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, bir müddət öncə fransalı jurnalistlər Su-57-ni “Rusiya aviasiyasının mirvarisi” adlandırıblar.

Son xəbərlər
Bütün xəbərlər »