Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanın mübarizəsi dəstəklənir”

“Amerika islahatların sona qədər getməsində maraqlıdır”

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 may - Respublika Günü münaasibətilə təbrik məktubu göndərib. Həmin məktubda iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin indiki səviyyəsi və gələcək perspektivləri ilə bağlı mühüm mesajlar var. Məktubun tam mətni kütləvi informasiya vasitələrində yayılıb. Bu məktubdakı mesajlar, ümumilikdə, ABŞ-Azərbaycan münasibətləri ilə bağlı Bizimyol.info-nun suallarına beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssis, politoloq Nəzakət Məmmədova cavab verir. Müsahibəni təqdim edirik.

Nəzakət Məmmədova Nəzakət Məmmədova

- Nəzakət xanım, ABŞ Prezidenti Donald Tpampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubu Azərbaycanın suverenliyinin və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəklənməsinin ifadəsi ilə başlayır. Bu, Azərbaycanın bütün ərazisi üzərində suverenliyinə və ərazi bütövlüyünə dəstək deməkdirmi?

- Bəli, demək, Trampın məktubunda Azərbaycanın suverenliyi məsələsinin xususi vurğulanması Azərbaycanın bütün ərazisini əhatə edir. Əlbəttə ki, Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş ərazilər də daxil olmaqla. Çünki Amerika Azərbaycanın beynəlxalq bir sistem tərəfindən qəbul olunan ərazi bütövlüyünü dəstəkləyir. Həm Minsk Qrupunun həmsədri kimi, həm BMT Təhlükəsizlik Şurasının bir üzvü kimi həm də dünyanın qlobal güc mərkəzi olan dövlət kimi ABŞ bu məsələlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ona görə də Trampın məktubunda bu məsələnin xüsusi vurğulanması Azərbaycanın bütün ərazi bütövlüyünə bir daha hörmətin ifadəsidir. Azərbaycanın suverenliyi məsələsi, məncə, həm də ona görə girişdə xüsusi vurğulanır ki, son dövrlərdə Rusiya Prezidenti Putin SSRİ-nin bərpası ilə bağlı bəyanatlar verir. Rusiya MDB ölkələrini özünün tarixi imperiyasının bir hisəsi , nüfuz dairəsi kimi görür və Amerika da bununla həm də Azərbaycana dəstəyini ifadə edir. Suverenlyinin qorunmasında Azərbaycana Amerika öz dəstəyini göstərir. Eyni zamanda da Rusiyaya mesaj vermiş olur ki, keçmiş sovet respublikalarının hər biri suverendir. O cümlədən də, Azərbaycan və Amerika onların müstəqilliyinin dəstəklənməsində maraqlıdır; Rusiya bu dövlətləri suveren dövlət kimi qəbul etməlidir və öz nüfuz dairəsi hesab etməməlidur. Onların suverenliyinə hörmətlə yanaşmalıdır.

- Prezident D.Tramp məktubunda həmçinin beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi qeyd edir. Bu fikri ifadə edərkən ABŞ Prezidenti bu 30 il ərzində olan hansı tərəfdaşlıqlara əsaslanır? Həm təhlükəsizlik, həm enerji sahəsində?

- Azərbaycanın neft ehtiyatları, enerji ehtiyatları, məsələn, Rusiya ilə müqayisə olunacaq dərəcədə böyük deyil. Lakin Rusiyadan Avropa Birliyinin enerji asılılığını cüzi də olsa, azaltmaq, Avropanın enerji mənbələrini şaxələnləndirmək, müxtəlif mənbələrdən enerji əldə etməklə Rusiyadan Avropa ölkələrininin asılığını azaltmaq üçün Azərbaycan qazı, təbii ki, Amerka üçün önəmlidir. Çünki Amerika Avropa ölkələrinin, ümumiyyətlə, Rusiyadan enerji asılılığının olmağını qəbul etmək istəmir. Bu baxımdan, Azərbaycan TANAP, TAP layihələrii lə Amerikanın planlarına uyğun fəaliyyər göstərir. Bu, enerji sahəsində əməkdaşlıqdır. Enerji sahəsində əməkdaşlıq 1994 -cü il sentyabrın 20-də başlanıb. Yəni “Əsrin müqaviləsi” adlanan kontraktlar başlanılıb. Burda Amerika şirkətləri və Avropa ölkələri də iştirak edib. Sonradan TANAP, TAP və digər layihələr həyata keçirilir ki, bunların da hamısı Amerikanın razılığı ilə olur. Ümumiyyətlə, enerji layihələrində Amerika maraqlıdır. Təhlükəsizlik əməkdaşlığına gəlincə isə Azərbaycan Amerika üçün bir çox dövlətlər baxımından əhəmiyyət kəsb edir. Bu ökələr, əsasən, Rusiya, İran və Çindir. Yəni bu 3 ölkə ilə Amerikanın çox mənfi münasibəti var. Azərbaycan elə bir regionda yerləşir ki, həm İranla, həm Rusiya ilə münasibətə görə, eyni zamanda, Çinin Böyük İpək Yolu layihəsində iştirakı baxımından Amerika üçün əhəmiyyət kəsb edir. Bu baxımdan da təhlükəsizlik əməkdaşlığı deyiləndə yəqin ki, bunları nəzərdə tutur. Eyni zamanda Azərbaycan Rusiyanın təzyiqlərinə baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına daxil olmayıb. Qoşulmama Hərəkatında öz bitərəfliyini saxlayır. Bu da Amerka üçün hər halda müsbət sayılar. Çünki Azərbaycan Rusiyanın egidası altında olan təşkilatlara üzv deyil və olmayıb.

- Məktubda deyilir ki, “dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk”. Yəni bu, o deməkdirmi ki, ABŞ Azərbaycanda gedən siyasi proseslərdən məmnundur, yoxsa siyasi islahatların, insan hüquq və azadlıqlarının qorunmasının kifayət qədər səviyyədə olmadığına işarə edir?

-Təşviqetmə məsələsi ilə bağlı o deməkdir ki, prosesləri yüksək qiymətləndirir. Çünki son dövrlərdə idarəetmədə Amerikada, Avropada təhsil almış gənc kadrların irəli çəkilməsini hakimyyət prioritet elan edib. İngilis dilini bilən, Qərbdə, xüsusilə, Amerikada təhsil görmüş kadrlardan komanda formalaşdırılır. Ola bilər ki, bu kadr islahatları Amerikanı müəyyən qədər məmnun edir. Başqa bir tərəfdən də, Prezident “5 -ci kalon” haqqında danışdı. Yəqin ki, “5-ci kalon”da Rusiyaya bağlı məmurlar nəzərdə tutulur. Korrupsiyaya qarşı mübarizə də onları məmnun edir. Bununla bərabər Amerika Azərbaycandakı demokratiyanın və söz azadlığının dərəcəsindən o qədər də məmnun deyil. Hər halda etiraf etmək lazımdır ki, ölkəmizdə insan haqları və demokratiya sahəsində hələ də problemlər var. Amerika da maraqlıdır ki, bu islahatlar deyilən proses sona kimi aparılmalı, başqa sahələrlə yanaşı həm də insan hüquqları və demokratiya məsələrini də əhatə etməlidir. Azərbaycan demokratiya yolunda inamla irəliləməlidir.

- Məktubda COVİD-19 pandemiyası mövzusuna da toxunulub və ABŞ-ın Azərbaycan xalqının yanında olduğu vurğulanıb. Bu, koronavirusa qarşı Azərbaycanın atdığı addımların təqdir olunması anlamına gəlir, yoxsa bizim çətin vəziyyətdə olduğumuzun və dəstəyə ehtiyacımızın vurğulanmasıdır?

- Bu, təbii ki, bir təsəlliverici bir sözdü. Yəni, COVİD- 19 virusuna qarşı bizim yanımızda olmaqla bağlı bütün dünya ölkələrinin bir -birinə verdiyi sözdə dəstəkdir. Əslində bilirik ki, Trampın Administrasyası bu məsələyə fərqli yanaşır. Amerika Azərbaycana hansısa humanitar yardım, maliyyə ayırmadı. Avropa Birliyi COVİD-19-la mübarizə üçün Azərbaycana müəyyən yardım ayırdı. O yardım da Ukrayna ilə, Ermənistanla müqayisədə xeyli az idi. Yəni Amerika bunu daha çox sözdə, təsəlli, diplomatik ptotokol, etiket xatirinə deyir. Amma faktiki əməldə Amerikanın özü başqa ölkələrdən yardım aldı.Vəziyyət çox gərgin və kəskin idi. Amerika Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) verilən 400 milyon dollar vəsaiti dayandırdı və məsələnin araşdırılmasını tələb etdi.Yəni ABŞ-ın faktiki olaraq , bu virusla bağlı Azərbaycana əməli bir dəstəyini görmədik. Nəinki Azərbaycana, ümumiyyətlə heç bir ölkəyə. Heç bir ölkənin heç bir ölkəyə xüsusi yardımı nəzərə çarpmadı. Çünki dövlətlər daha çox öz əhalisinin təhlükəsizliyi qayğısına qaldı. Amma hər bir halda Azərbaycanın mübarizəsi dəstəklənir, təqdirəlayiq hesab olunur.Çünki vurusun yoluxma halları az oldu. Karantin tədbirləri əsasən vaxtında görüldü. ABŞ da təbii ki, bunu nəzərə alır. Bu da daha çox protokol xarakteri daşıyır. Nə maliyyə, nə də tibbi avadanlıqlar baxımından Amerikanın Azərbaycana, nə də başqa ölkələrə yardımını görmədik.

- Məktubunun sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan D.Tramp ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edib. Bu dəstək kifayət qədərdirmi? Ermənistanın faktik olaraq sülh danışıqlarından geri çəkildiyi və bloklamağa çalışdığı bir vaxtda bu mesajı ABŞ-ın Ermənistanın deyil, Azərbaycanın mövqeyinə bir dəstəyi saya bilərikmi?

- Amerika nə Azərbaycana, nə də Ermənistana Qarabağ məsələsində birmənalı olaraq dəstək vermir. ABŞ-ın bölgədə maraqları var. O maraqlara da xidmət edən hansı dövlətdirsə, o maraqları hansı dövlət reallaşdıra bilərsə ona dəstək verə bilər. Burda da həm Azərbaycan, həm Ermənistan var. Amerika bu məsələdə öz maraqlarından çıxış edir. Bu da yenə də diplomatik ifadədir. Bu, sadəcə, ərazi bütövlüyünə Amerika tərəfdən dəstəkdir. Belə də olmalıdır. Onu da bilirik ki Amerikadakı bir sıra dairələr Ermənistana və Dağlıq Qarabağa yardım edirlər. Amerika burda Qarabağla bağlı öz maraqlarını həyata keçirmək istəyir. Ölkənin bir nömrəli probleminə Amerika Prezidentinin diqqətinin ifadəsidir. Tramp bununla öz fikrin belə bildirmək istəyir: “Sizin probleminizə laqeyd deyilik. Sizin bir nömrəli problem bizim də gündəmimizdədir.Biz də diqqət göstəririk”.

- Yəni bu ifadənin real nəticəsi olmayacaq?

- Bu, diplomatik protokol xaririnə deyilmiş ifafədədir. Yəni bunu yazmaya bilməzdi. Çünki Azərbaycanla bağlı ən vacib problem budur .Ona görə də onu yazıb. Amma Bu məsələdə Azərbaycana lazım olan dəstəyi hər halda biz görmürük. Varsa da, yetərli deyil. Təcavüzkar Ermənistana təzyiqlər edilmir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »