Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Vadim Novinski: “Avropa İttifaqı ilə münasibətdə Azərbaycan doğru hərəkət edib və edir”

Avropa İttifaqı (Aİ) iyun ayında videokonfrans formatında “Aİ - Şərq Tərəfdaşlığı” sammitini keçirməyi planlaşdırır.

Bu barədə “Azadlıq Radiosu” xəbər verir. “Şərq Tərəfdaşlığ”ının üzvləri bildiyiniz kimi, altı dövlətdir: Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistan.

Bu xəbərdən bir neçə gün əvvəl Aİ Brüsselin Şərq Tərəfdaşlığı (ŞT) ölkələri - Azərbaycanı, Belarusu və Ermənistanı (bəli, hətta baş nazir Nikol Paşinyanın rəhbərliyi altında iki stulda oturmağa çalışan Ermənistan da var, amma bu, çox da uğurlu deyil - red.) ŞT proqramının digər ölkələri - Ukrayna, Gürcüstan və Moldovanın nümunəsini əsas götürərək, onlarla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq üçün addımlar atmağa çağırmaqla, bu ölkələri böldüyünü bir daha təsdiqlədi.

Bu arada Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişinin imzalanmasından təxminən altı il sonra Ukraynanın Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini Vadim Pristayko ölkəsinin sənədin yenidən nəzərdən keçirilməsinə ümid etdiyini söylədi.

Ukraynanın keçmiş Ədliyyə naziri Yelena Lukaş buna belə şərh verib: “2013-cü ilin payızında məhz bunu demişdim. O dövrün Nazirlər Kabineti də belə deyirdi. Biz hamımız assosiasiya barədə sazişi gəlirsiz və səmərəsiz iqtisadi bir müqavilə olduğu üçün Aİ şərtlərində imzalamağın mümkün olmadığını söyləyirdik".

Ancaq ən başlıcası, Ukraynanın sazişin normalarına uyğun olaraq, şərtləri özbaşına dəyişdirə bilməməsidir. Bununla birlikdə, onu denons etmək olar.

“Şərq Tərəfdaşlığ” proqramı çoxdan tükənib. Azərbaycan hələ ötən ilin sonlarında Avropa İttifaqı ilə assosiasiyaya imza atmaqdan imtina edib. Ukraynanın Ali Radasının fraksiyasız deputatı, 2019-cu ilin erkən parlament seçkilərində Mariupoldakı seçki dairəsində "Xalqın xidmətçisi"indən namizəd olan və seçkiləri qazanan Vadim Novinskinin sözlərinə görə, Azərbaycan hakimiyyətinin mövqeyi tamamilə düzgündür.

İnsan haqları, Donetsk, Luqansk vilayətlərində və Krım Muxtar Respublikasında, Sevastopol şəhərində müvəqqəti işğal olunmuş ərazilərin işğaldan azad edilməsi və reinteqrasiyası, milli azlıqlar və millətlərarası münasibətlər üzrə parlament komitəsinin tərkibinə daxil olan Vadim Novinski Media.az-ın suallarını cavablandırıb.

- Bir neçə gün öncə Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Vadim Pristayko (29 avqust 2019-cu il - 4 mart 2020-ci il tarixləri arasında Xarici İşlər Naziri olub) Kiyev və Brüssel arasında bir neçə il əvvəl bağlanmış Avropa İttifaqı ilə assosiasiya sazişinin şərtlərindən narazılığını bildirdi. Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç son anda bu sənədi imzalamaqdan imtina etmişdi, bundan sonra “Avromeydan” – “bələdçilik inqilabı” (“ləyaqət inqilabı”)... baş verdi.

- “Avromeydan” hərəkatı Viktor Yanukoviçin Avropa İttifaqı ilə assosiasiya sazişinin iqtisadi hissəsini imzalamaqdan imtina etməsi ilə başladı. Avropada dedilər ki, iqtisadi hissəni imzalamayacaqsa, o zaman siyasi razılaşma da olmayacaq. Məhz həmin vaxt xarici qüvvələr Kiyevdə qarşıdurma yaratmağa başladılar. Bu, bir həqiqətdir.

- Buna dəyərdimi? İnsanların ölümü, iqtisadiyyatın zəifləməsi… Sonda Ukrayna hökuməti Aİ ilə razılaşmanın optimal olmadığını söyləyir.

- Mən o zaman da demişdim, bütün bu illər ərzində də dediklərimi təkrarlayıram. Viktor Yanukoviç niyə sazişlərin iqtisadi hissəsini imzalamaqdan imtina etdi? Məsələ burasındadır ki, bu, Ukrayna üçün əlverişsiz idi. Avropa mallarına sərhədləri açmalı idik. Ancaq Avropa bazarı Ukrayna istehsalçıları üçün tam açılmırdı. Bununla da, biz Rusiya bazarını itirirdik, bu isə Ukraynanın “iqtisadi gəmisi”ndə böyük bir dəlik idi.

Lakin müqavilə imzalandı. Bu, parlaq Avropa perspektivi gözləntiləri fonunda baş verdi. Ancaq sonda yaxşı heç nə olmadı. Ukrayna mallarına tətbiq olunan kvotalar qaldı, faktiki olaraq azad ticarət zonası yoxdur. Məsələn, metallurqlar öz məhsullarını Avropa bazarına təqdim edirlər, lakin kvotanı seçdikdən sonra hər şey dayanır. Sonra Avropa rüsumları gəlir, bu isə, sadəcə, sərf etmir.

Müqavilələr qarşılıqlı surətdə faydalı olmalıdır, əks halda, yenidən nəzərdən keçirilməlidir. Belə məsələlərdə birtərəfli deyil, ikitərəfli anlaşma olmalıdır.

- Azərbaycanda hələ ötən ilin sonunda Avropa İttifaqı ilə asossiasiya şərtlərinin daha çox göstəriş formasında olduğu üçün rəsmi Bakını qane etmədiyi bəyan olunmuşdu…

- Rəsmi Bakı bu mövqeyində tam haqlıdır. Dövlət məmurları, ilk növbədə, ölkələrinin maraqları barədə düşünməlidirlər, daha bizim ölkəmizdə - Ukraynadakı kimi bir növ siyasi manipulyasiya aparılmamalıdır.

- Yeri gəlmişkən, bir neçə həftədən sonra videokonfrans rejimində ŞT sammitinin keçiriləcəyi gözlənilir. Avropa İttifaqı ŞT ölkələrini müvəffəqiyyətli və o qədər də yaxşı olmayan bölgələrə ayırdı. Sizin fikrinizcə, bu yanaşma nə dərəcədə ədalətlidir? “Şərq Tərəfdaşlığı”nda iştirak etməyin mənası var?

- “Şərq Tərəfdaşlığı” vasitəsilə Avropa İttifaqı ilə dialoq olarsa, davam etməyə dəyər. Lakin Aİ-də etdikləri kimi, yaxşı və pisə bölmək düzgün deyil.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »