Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-ın misli görünməmiş “super-puper” raketi haqda danışdı

ABŞ prezidenti Donald Tramp Ağ evdə öz müşavirləri və komanda üzvləri ilə jurnalistlər qarşısına çıxaraq ölkəsinin “super-puper” raket işləyib hazırladığını açıqlayıb. Hansı ki, Trampa görə bu raket Rusiya və Çinin analoji raketlərindən (hipersəs sürətli raketlərindən) 17 dəfə sürətli olacaq.

Virtualaz.org xəbər verir ki, Trampın bu bəynatı sosial şəbəkələrdə zarafat mövzusuna çevrilib, Rusiyadan “Roskosmos”un baş direktoru Dmitri Roqozin isə ona istehza edib.

ABŞ-ın Kosmik Qüvvələrinin döyüş bayrağını Oval kabinetdə təqdim edən Tramp bildirib ki, Birləşmiş Ştatlar hipersəs sürətli raketlərdə öz rəqiblərini, o cümlədən Çini və Rusiyanı geridə qoyacaq “super-puper” raket üzərində işləyir.

“İndi biz elə ağlasığmaz səviyyədə texnika yaradırıq ki, beləsini əvvəllər heç kim görməyib. Bizim başqa seçimimiz yoxdur, rəqiblərimizlə mübarizə aparmalı, onlarla yarışa girməliyik. Bizdə mənim super-puper raket adlandıra biləcəyim silah var. O, Rusiya və Çinin raketlərindən 17 dəfə sürətlidir”,-ABŞ prezidenti belə deyib.

“Hər şey doğrudur”,-Trampın yanında dayanmış müdafiə naziri Mark Esper təsdiqləyib.

Jurnalistlər Trampın konkret olaraq nəyi nəzərdə tutduğu haqda Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffmandan soruşanda o, cavab verməkdə çətinlik çəkib. “Mən sizin sualınızı geriyə, Ağ evə yönləndirirəm. Məndə bu haqda heç bir informasiya yoxdur”,-o bildirib.

Super-puper raketi

Jurnalistlər belə də ediblər və bu dəfə Ağ evin mətbuat katibi Keyli Makinaninin yaxasından yapışıblar. Makinani isə sualı Pentaqona yönləndirib. “Mən sadəcə olaraq sizi prezidentə və Pentaqona yönəldərdim. Çünki məndə bu mövzu barədə heç bir informasiya yoxdur”,-mətbuat katibi deyib.

Trampın dediklərinə Rusiyadan “Roskosmos”un baş direktoru D.Roqozin özünün Tvitter səhifəsində reaksiya verib: “Yox, bizdə super-puper raketi tutmaq üçün heç nə yoxdur. Təslim oluruq!”

Şəbəkədə isə adi istifadəçilər “super-puper” raket haqda müxtəlif fərziyyələr irəli sürməyə başlayıblar. “Trampın sözlərinə görə, yeni “super-puper” Amerika raketi Rusiya və Çin qitələrarası raketlərindən 17 dəfə iti uçacaq. Yəni saniyədə 100 kilometr sürətlə. Belə olanda daha yaxşısı budur ki, onu qalaktikalararası müharibələrdə istifadə edək!”,-istifadəçilər yazıblar.

Qeyd edək ki, əslində Rusiyanın yeni nəsil hipersəs sürətli raketləri, yaxud Putinin super-raketlərinin 28 MAX sürətə malik olduğu bildirilir. Hazırda bu raketlərdən ən azı birinin-“Avanqard” qanadlı döyüş blokunun silahlanmaya qəbul olunduğu məlumdur. Qeyri-məhdud uçuş məsafəsinə malik olan və nüvə mühərriki ilə təchiz edilmiş “Burevestnik” raketinin sınaqları isə hələlik uğursuzluqla müşaiyət olunur. Bundan əlavə Rusiyanın “Kinjal” hava-yer tipli hipersəs raketi də silahlanmaya qəbul edilib. Bu raket “İsgəndər” raketinin bazasında hazırlanıb və MiQ-31 qırıcılarında yerləşdirilib.

Lakin hipersəs sürətli raketlərdə ABŞ-ı xeyli geridə qoyan Rusiya bu yaxınlarda daha bir super-raket üzərində işlədiyini açıqlayıb. Bu, Tu-22M3 strateji bombardmançısında yerləşdirilmək üçün nəzərdə tutulan və Rusiyanın hərbi sənayesindəki mənbələrin dediyi kimi, tamamilə yeni, bundan əvvəlki raketlərlə bənzərliyi olmayan raketdir.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »