Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihar etdiyi deyilən 17 yaşlı qızı qardaşı öldürüb

Masallı rayonunda 19 yaşlı oğlan 17 yaşlı bacısını boğaraq öldürüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə mayın 15-i saat 16 radələrində rayonun Çaxırlı kəndində baş verib. 2001-ci il təvəllüdlü Gözəlov Rafiq Rauf oğlu bacısı 2003-cü il təvəllüdlü Məmmədrzayeva Könül Rauf qızını yatdığı yerdə iplə boğaraq öldürüb.

Məlumata görə, K. Məmmədrzayeva mayın 9-da evdən çıxaraq Bakıya gedib. Anası mayın 11-də qızının itkin düşməsi haqda polisə məlumat verib. Qız mayın 12-də evlərinə qayıdıb. Lakin bu vaxt anası "darıxıb, Sumqayıta xalasıgilə gedibmiş" deyərək rəsmilərə şikayəti olmadığını bildirib.

Qızın atasının ruhi xəstə olduğu bildirilir, qızının meyitini də ilk o tapıb. Daha sonra kənd camaatı hadisə yerinə yığılıb. Qız yatağında uzanılı vəziyyətdə, üstü də yorğanla örtülü olub. İlk olaraq qızın özünü asdığı deyilib. Daha sonra məlum olub ki, qardaşı Rafiq artıq polis şöbəsinə gedərək təslim olub və bacısını iplə boğaraq öldürdüyünü etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
Son xəbərlər
Bütün xəbərlər »