Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2019-cu ildə sosial müdafiə xərcləri 5,8 faiz artıb

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (120 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 9,8 faizi həcmində və ya 2 milyard 401 milyon manat vəsait yönəldilib.

APA-nın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, bu, 2018-ci illə müqayisədə 60,1 milyon manat və ya 2,6 faiz çoxdur. Funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla) 2019-cu ildə sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 2 milyard 243,1 milyon manatı və ya 98,3 faizi sosial müdafiə (2018-ci illə müqayisədə 123,5 milyon manat və ya 5,8 faiz çox), 38 milyon manatı və ya 1,7 faizi sosial təminat (2018-ci illə müqayisədə 6,8 milyon manat və ya 21,9 faiz çox) xərclərinə yönəldilib.

2019-cu ildə ölkədə minimum əməkhaqqı və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının aprel-mart və sentyabr aylarında artırılması nəticəsində dövlət sosial sığorta haqları üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - DSMF) gəlirləri artıb. Bu isə dövlət büdcəsindən DSMF-yə transfertin məbləğinin proqnoza nisbətən 170 milyon manat azaldılmasını şərtləndirib. 2019-cu il üzrə dövlət büdcəsindən DSMF-yə transfert 1 milyard 182,7 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 154,6 milyon manat və ya 11,6 faiz azdır.

Son xəbərlər
Bütün xəbərlər »