Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Müdafiə xərclərinə 3 milyard 354,2 milyon manat vəsait yönəldilib

Ötən il dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış vəsaitlər də (187,6 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 13,7 faizi həcmində və ya 3354,2 milyon manat vəsait yönəldilib.

APA-nın məlumatına görə, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, bu 2018-ci illə müqayisədə 20,7 milyon manat və ya 0,6 faiz çoxdur.

Həmçinin hesabatda bildirilib ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (155,7 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 6,8 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 1660,8 milyon manat vəsait yönəldilib. Bu da 2018-ci illə müqayisədə 208,2 milyon manat və ya 14,3 faiz çoxdur.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »