Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsəlman ölkəsinin kralı İsraillə müharibə edə biləcəklərini dedi

İordaniya kralı II Abdulla İsraillə müharibə ehtimalından danışıb.

Onun sözlərinə görə, İordaniya vadisinin bir hissəsinin yəhudi dövlətinə birləşdirilməsi yaxşı bitməyəcək.

İordaniya kralı II Abdulla İordaniya kralı II Abdulla

Bizimyol.info xəbər verir ki, “”The Times of Israel” İordaniya kralının sərt açıqlamasını yayıb. II Abdullanın sözlərinə görə, iyulda İordan çayının qərb sahili İsrailin ərazisinə qatılarsa, hər variantda cavab verməyə hazırdırlar. Kral hətta hərbi yolun ola biləcəyini də deyib: “Bu addım böyük qarşıdurmaya səbəb olacaq”.

II Abdulla düşünür ki, İordaniya vadisinin bir hissəsinin İsrailin ərazisinə qatılması bölgədə özbaşınalığın və ekstremizmin səviyyəsini artıracaq.

İsrailin baş naziri Binyamin Netanyahu partiyasının parlament seçkilərindəki proqramına İordan çayının qərb sahilindəki torpaqlarda ölkə suverenliyinin yayılması məsələsini daxil edib. Ərazi bütünlüklə İsrail ordusunun nəzarəti altındadır.

Rusiya Xarici İşlər Nazirliyi İsrailin bu torpaqlara sahib çıxmasına müsbət yanaşmadığını açıqlayıb. Rusiyada bu addımın ərəb ölkələri ilə yəhudi dövlət arasında barışıq ehtimalının üzərindən xətt çəkdiyini düşünürlər.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
Son xəbərlər
Bütün xəbərlər »