Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərhədləri açan postsovet ölkəsi virusa son qoyulduğunu da elan etdi

İndi estonların sevinci yerə-göyə sığmır. Bu gündən Latviya ilə quru sərhədlərini açan Estoniya həm də ölkədə koronavirusa son qoyulduğunu elan edib. Üstəlik, Finlandiyaya su yolu ilə gediş-gəliş də bərpa olunub.

Bizimyol.info xəbər verir ki, Estoniya hökuməti koronavirusla mübarizədə qələbə qazanıldığını düşünür. Hərçənd, son sutka ərzində daha 8 nəfərdə infeksiya aşkarlanıb. Üstəlik, 1 nəfər həyatını itirib. Buna baxmayaraq, Estoniyada virusla mübarizənin başa çatdığını düşünürlər.

Ölkənin sosial məsələlər naziri Tanel Kiyk qələbədən danışıb. Onun sözlərinə görə, bundan sonra yalnız ikinci dalğa ilə bağlı kiçik təhlükə və lokal infeksiya ocaqları ehtimalı qalır. Kiyk düşünür ki, vaxtında karantin rejimi tətbiq etdiklərindən, kütləvi yoluxmanın qarşısını alınıb.

İndiyə qədər ölkədə 1766 nəfərdə virus aşkarlanıb, cəmi 63 pasiyent həyatını itirib. Nazir deyir ki, effektli mübarizə olmasaydı, yoluxma sayı 20 mini ötəcəkdi.

Bu gün Avropanın daha bir ölkəsi koronavirusla mübarizədə qələbəsini elan edib. Sloveniyada pandemiyaya qalib gəldiklərini açıqlayıblar. Son sutka ərzində bu ölkədə cəmi 1 virus testi müsbət nəticə göstərib.

Son xəbərlər
Bütün xəbərlər »