Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan anti-korrupsiya əməliyyatı açıqlaması

“Ürəkağrıdıcı bir məsələdir ki, Azərbaycanın generalı saxtakarlığa və vəzifəsindən sui-istifadəyə görə saxlanılır, mədəniyyət kimi ülvi, həssas bir yerdə işləyən işçilər rüşvətə görə saxlanılır”.

Bunu Bizimyol.info-ya Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.

Aydın Mirzəzadə

Deputat qeyd edib ki, bəzi şəxslər onlara göstərilən etimaddan sui-istifadə etməyə və öz çirkin əməllərini həyata keçirmək üçün istifadə etməyə çalışırlar: “Dövlət Təhlükəsizlik Xidmətinin son dövrlərdə atdığı addımlar cəmiyyət tərəfindən dəstəklənir və bu, Azərbaycanda korrupsiyaya qarşı çox ciddi mübarizənin aparıldığının göstəricisidir. Və vəzifədə olan hər bir kəsə çox ciddi bir xəbərdarlıqdır.

Dövlət başçısı çıxışlarında dəfələrlə bildirib ki, daha neçə adam həbs edilməlidir ki, bu insanlar başa düşsünlər. Kim ki vəzifəsində xəyanət edəcək onun aiqbəti tutulan şəxslər kimi olacaq”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »