Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı kompensasiya istəyənləri tutdurdu - Video

Şəmkir rayonu sakini, sahibkar Seyidov Mübariz Məmmədəli oğlu ona məxsus torpaq sahəsi dövlət ehtiyacı üçün alındığı, amma kompensasiya tam ödənilməyib.

Bu barədə Bizimyol.info-ya sahibkarın həyat yoldaşı Seyidova Ulduz Muxtar qızı bildirib.

U.Seyidova deyib ki, kompensasiyanın tam ödənilməsini tələb edərək məmurlara etiraz edən həyat yoldaşı və oğlu polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə onlara 10 sutka həbs verilib.

Şikayətçi bildirib ki, “Regionların 2009-2013-cü illərdə Sosil-İqtisadi İnkişaf Proqramı” çərçivəsində Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar yolun dövlət ehtiyacları üçün alınması məqsədilə Şəmkir rayon Dəllər Cəyir kənd ünvanında yerləşən 1.360 hektardan ibarət torpaq sahəsinin 30.7340 sotdan ibarət hissəsinin və üzərində olan istixananın alınması və proqram çərçivəsində vəsaitin köçürülməsi nəzərdə tutulub.

“1 hektar sahədə bizə məxsus istixana vardır. Burada 30 nəfər işçimiz çalışırdı. İstixananı söküb, 25 sotun kompensasiyasını ödəyiblər. Yerdə qalan sahənin kompensasiyanı ödəməyiblər. Biz də deyirik ki, kompensasiyanı ödədiyiniz sahədə işinizi görün. Texnikanı torpaq sahəsinə gətiriblər. Biz buna etiraz edirik. Əraziyə polis əməkdaşları çağırdılar. Həyat yoldaşım və oğluma 10 sutka həbs verildi. Yerli icra hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları müraciətlərimizi nəzərə almırlar. Kompensasiyamızı ödəmirlər”,-deyə U.Seyidova bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli

Bizimyol.info-ya bildirib ki, şikayətçi yazılı olaraq bu quruma müraciət etsin.

“Vətəndaşların narazılığı varsa, Agentliyə rəsmi olaraq müraciət etsinlər. Müraciət əsasında araşdırma aparılsın, həqiqətən də kompensasiya tam ödənilməyibsə, kompensasiyanın tam şəkildə ödənilməsi təmin olunsun. Və yaxud ödəniş bu məbləğdə olubsa, bunun səbəbi müraciət edən vətəndaşa izah olunsun. Müraciət edən hər bir vətəndaşa qısa müddət ərzində cavab verilir və köməklik göstərilir. Belə şikayətlər olub, araşdırılıb və problem aradan qaldırılıb”,-deyə A.Nəcəfli bildirib.

Bizimyol.info-ya yerli mənbələrdən verilən məlumata görə, kompensasiya verilməməsinə etiraz edən Mübariz Seyidov və oğlu Əbülfəz Seyidov rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun göstərişi ilə həbs olunublar. Yerli sakinlər kompensasiyaların mənimsənilməsindən şübhələnirlər.

Məsələ ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.

Ramid İbrahimov

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »