Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Senatı Çindəki uyğurların müdafiəsi ilə bağlı qanunu qəbul etdi

ABŞ Senatı uyğurlara qarşı təqib siyasətini yürüdən Çinlə bağlı qanunu qəbul edib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, respublikaçı senator Marko Rubionun təşəbbüsü ilə irəli sürülən qanun layihəsi səs çoxluğu ilə təsdiqlənib.

Məlumata görə, qanun Çinə qarşı sanksiyalar tətbiq olunmasını nəzərdə tutur.

Bildirilib ki, qanun ABŞ prezidenti Donald Trampa uyğurlara və digər müsəlman azlıqlara qarşı tətbiq edilən təqib və zorakılıq siyasətinin məsuliyyətini daşıyan bəzi çinli səlahiyyətli şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir.

Bundan başqa, sənəddə ABŞ Dövlət Departamentindən bölgədəki insan haqlarının pozulması ilə bağlı hesabat hazırlanması tələb edilir.

ABŞ prezidenti Donald Tramp sənədi təsdiqlədikdən sonra qanun qüvvəyə minəcək.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »