Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zahid Oruc: “Pandemiya dövründə Azərbaycan dövləti siyasi mənsubiyyətə baxmadan hamıya kömək etdi”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennax və Rocer Qeyl Azərbaycanda koronavirusla mübarizə adı altında hakimiyyət tənqidçilərinə təzyiq edilməsindən və siyasi məhbuslarin təhlükəsizliyindən narahat olduqlarını bildirən bəyanat veriblər.

Bu bəyanatda Azərbaycan hakimiyyəti koronavirusla mübarizədən siyasi müxalifəti boğmaq üçün sui-istifadə etməkdə ittiham olunur.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc məsələ ilə bağlı Bizimyol.info-ya verdiyi açıqlamada Ştefan Şennax və Rocer Qeylin qərəzli mövqe tutuduğunu bildirib.

“Avropa Şurasında , eləcə də ABŞ Konqresində Azərbaycanla bağlı pandemiya və insan haqları kontekstində müxəlif xarakterli reaksiyalar və çağırışlar səslənməkdədir. Təəssüf olsun ki, məsələnin mahiyyəti sona qədər düzgün təhlil olunmayıb. Bir sıra hallarda verilən informasiyaların bir tərəfli xarakter daşıması, belə rəylərin meydana çıxmasına səbəb olub. Biz ümumiyyətlə hesab edirik ki, Azərbaycan pandemiya dövründə Qərb təşkilatlarından, istənilən siyasi, mənəvi, humanitar, iqtisadi yardımları almadığı və istəmədiyi şəraitdə heç olmasa bu cür siyasi təsirlər və ya təzyiqlər olmamalıydı.

İş ondadır ki, pandemiyanın yaratdığı fərqli idarəçilik dövründə ictimai, mənəvi, sosial psixoloji , xüsusilə də iqtisadi ziyanları minimuma endirmək istənilən dövlətin hakimiyyəti üçün bir nömrəli qayğıya çevrildi. Biz ona şahid olduq ki,bu yalnız səhiyyə sistemləri üçün sınaq deyildi, eyni zamanda dövlətin bütün strukturları fəal rejimdə çalışmalı oldular ki, yaranmış bəşəri təhlükəni öz milli miqyaslarında dəf edə bilsinlər.

Azərbayan dövləti tərəfindən verilən qərarların hamısı insan haqlarının, hüquqlarının və onun ən başlıca parametri olan təhlükəsizliyinin təminatına yönəlmişdi. Bu mənada hökumətin əsas hədəfinin insanların yalnız mal varlığının və sağlamlığının qorunması deyil, konkret siyasi mənsubiyyətli şəxslərin olması kimi qələmə vermək, bu cür mənzərə yaratmaq çox yalnışdır. Hakimiyyətin pandemiya şəraitində müxalifətlə mübarizə aparmaq kimi bir məqsədi olmayıb.

Qərb dövlətlərinin özündən çağrışlar edilməkdəydi, məsələn Makron və Merkel bu pandemiyanı müharibə kimi dəyərləndirdilər və düz də edirdilər. Belə olan təqdirdə bütün səfərbərlik bu təhlükəni dəf eləməyə yönəlməliydi, əksinə biz görürdük ki, əlavə ikinci və üçüncü cəbhələr açılırdı ki, dövlətin resursları ora yönəlsin.Biz bununla infrmasiya məkanında da qarşılaşdıq.Bu milli birliyin pozulmasına yönəlmiş addımlar idi. Bunu görməmək mümkün deyil.Ən obyektiv möqedən biz məsələləri dəyərləndirəndə deməliyik ki, bu 12-15 nəfər şəxsi on minlərlə inzibati xətalara yol vermiş insanların içindən ayırıb, onları əlahdəddə formada təqdim etmək və sanki bütün hakimiyyət resurslarının bir ovuc insana qarşı yönləndirilməsi kimi təqdim etmək çox yanlışdır və təhrif olunmuş informasiyadır.

İkincisi, virtual aləmdə onların hansı təbliğatı apardığını görmək olurdu. Təəssüf ki, o seqmentdə olanlar müxtəlif formada konkret şəxslərin problemlərini qabartmağa yönəliblər. Siyasi müxalifətçilik nöqteyi- nəzərindən bunu bəlkə də normal hesab eləmək olardı, əgər məram xoş olsaydı. Dövlət insanların sosial ehtiyaclarını qarşılayarkən onların siyasi mənsubiyyətinə baxılmayıb.Dövlət vətəndaşı hər hansı bir mənsubiyyətinə baxmadan xilas edirdi. Və hesab edirəm ki,əslində bu müxalifət üçün də xilas idi.

Biz açıq ölkəyik, istər AŞPA təmsilçisi, istər konqres nümayəndəsi “Sərhədiz reportyorlar” və insan hüquqları ilə məşğul olan digər beynəlxalq təşkilatların hər biri ölkəmizdə rahatlıqla rəsmilərlə görüşə bilər, onları maraqlandıran suallara cavab ala bilərlər. Ölkəmiz beynəlxalq reyitnq cədvəlırinə önəm verir. Azərbaycan dövləti özünün dünya çapında nüfuzunda, imicinin yüksək olmasında maraqlıdır. Hesab edirəm ki, pandemiya şəraiti qəti şəkildə hansısa qüvvələri neytrallaşdırmaq üçün deyildi, çünki onların hakimiyyətin hansısa səhvlərindən bəhrələnib güclənməsi halı mümkün deyildi ki, onlara qarşı belə tədbirlər alınaydı, süni mübarizə təşkil olunaydı. Əksinə, dövlət göstərdi ki, bu dövrdə insanların haqlarını pozan məmurlara, rəsmilərə qarşı daha sərt davranıldı. Bütün bunlar insan haqları üçün idi, siyasi haqlar üçün idi, vətəndaşlarımızın mənafeləri üçün idi”,- deyə deputat qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »