Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadılmayacaq

Gürcüstanda fövqəladə vəziyyət rejiminin vaxtı uzadılmayacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, ölkədə epidemioloji durum mayın 22-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılmamasına imkan verir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq martın 21-də Gürcüstanda bir ay müddətinə fövqəladə vəziyyət elan edilib. Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq aprelin 21-də isə fövqəladə vəziyyət rejiminin vaxtı mayın 22-dək uzadılıb.

Son xəbərlər
Bütün xəbərlər »