Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa təkrar yoluxma halı həkimləri çaşdırdı

Rusiyanın Buryatiya Respublikasının sakini koronavirusla bağlı təkrar xəstəxanaya yerləşdirilib.

360tv-nin məlumatına görə, bunu Respublika İnfeksion Xəstəxanasının rəhbəri Tatyana Sımbelova bildirib.

Onun sözlərinə görə, pasiyent aprelin 21-də xəstəxanadan buraxılıb. Həmin müddətdə o, COVID-19-la bağlı iki test verib. Hər iki yoxlamanın cavabı mənfi çıxıb.

Lakin 16 gündən sonra onda KRVİ (kəskin respirator virus infeksiyası) əlamətləri görünüb. Qadından yaxma götürülüb və biomaterialda koronavirus aşkarlanıb.

“Hazırda o, müalicə alır. Bizdə belə bir sual yaranıb: bu təkrar yoluxmadır, yoxsa onda olan infeksiyanın residividir”, - Sımbelova çaşqınlığını ifadə edib.(oxu.az)

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
Son xəbərlər
Bütün xəbərlər »