Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail dünyaya marixuana satacaq

İsrail dövləti tibbi marixuananın xaricə ixracı ilə bağlı qərar qəbul edib.

Bizimyol.info xəbər veri ki, 2017-ci ildən tibbi kannabisin (marixuana) leqallşadığı ölkədə marixuana becərilməsi ilə 10 şirkət məşğul olur.

2019-cu ildən bəri bu məslə üzərində hazırlıq gedirdi. Ölkənin Maliyyə Nazirliyi tibbi kannabis satışının büdcəyə faydalı olacağını və kannabis satışı ilə məşğul olacaq şirkətlərin Maliyyə və Səhiyyə Nazirliklərindən xüsusi lisenziya almalı olduqlarını bəyan edib.

Qeyd edək ki, Tailand, Kanada, Uruqvay, Meksikada tibbi marixuananın istifadəsi leqallaşdırılıb. Bir çox mütəxəssilər qeyd edirlər ki, dövlətlərin tibbi marixuananı leqallaşdırmaqda məqsədi qara bazarın kökünü kəsmək, kannabis satışından əldə olunan gəlirlərin dövlət büdcəsinə axmasını təmin etməkdir.

Kanadanın Toronro şəhərində yaşayan soydaşımız, tibbi marixuana sahəsində ekspert Niyazi Məmmədovun dediyinə görə, Marixuananın İndika növünün tərkibi CBD (kannabidiol) maddəsi ilə zəngindir. Farmakoloji baxımdan CBD-nin insanın və digər canlıların endokannabinoid sisteminə narkotik təsir göstərmir və bir çox xəstəliklərin müalicəsində rol oynayır. Belə xəstəliklərin sırasına artrit, skleroz, epilepsiya, nevroloji ağrılar, miqren, oynaq və əzələ ağrıları, kəllə-beyin zədələnmələri, post-travmatik sindrom xəstəliyi, hormonal pozuntular, dəri xəstəlikləri (xüsusən psoriaz və eqzema), çətin sağalan yaralar, stres, depressiya, daimi təlaş hissi, iştahsızlıq, əzginlik, yuxusuzluq – nəhayət, əsrimizin ən böyük faciəsi sayılan xərçəng belə daxildir. CBD təbii ağrıkəsici olmaqla yanaşı, həm də iltihab əleyhinə istifadə olunur. Həmşinin tibbi kannabisdən ağır narkotik asılılığın və alkoqolizmin müalicəsində istifadə olunur.

Azərbaycanda və digər post –sovet ölkələrində istifadəsi və satışı qadağandır.

İlhamə

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »