Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Amazon”un təsisçisi tarixin ilk trillioneri ola bilər

“Comparisun” kiçik biznesə məsləhət şirkətinin analitikləri dünyanın əksər ölkələrinin maliyyə böhranı ilə üzləşdiyi bir dövrdə tarixin ilk trillionerinin meydana çıxacağını proqnozlaşdırıblar

Bu nüfuzlu ada dünyanın ən zəngin insanı “Amazon” şirkətinin təsisçisi Cef Bezos layiq görüləcək. Pandemiya dövründə o nəinki kasıblamış, əksinə var- dövlətini bir qədər də zənginləşdirmişdir.

Bizimyol.info şirkətə istinadən xəbər verir ki, onun 2026-cı ildə trillion dollarlıq sərvətə malik olacağı bildirilib. Şirkətin məlumatına görə, hazırda Cef Bezos 144 milyard dollar sərvətə malikdir, lakin “Amazon”un səhmləri günü gündən bahalaşır. Təkcə son bir ildə Bezos 29,4 milyard dollar gəlir əldə edib.

Bezosdan cəmi bir il sonra çinli Syuy Tsizyan, daha sonra “Alibaba” şirkətinin rəhbəri Cek Ma trilliarder ola biləcəklər.

Forbes-in məlumatına görə, dünya bazarlarındakı böhrana görə, dünyanın 20 ən zəngin insanı bir gündə 78 milyard dollar vəsait itirib.Cef Bezos 8 milyardlıq itkiylə bu siyahıda da ilk yeri tutub. Lakin o öz varidatını 100 milyard dolların üstündə saxlamağı bacararaq, 104,4 milyardlıq sərvət sahibi ünvanını qoruyub.

İlhamə Rəsulova

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »