Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kif göbələyindən geyim hazırlandı - Foto

Ekologiyanı sevən dizaynerlərin qida tullantılarından maksimum istifadə edərək yeni məhsullar hazırlanması trendi yayılmaqdadır.

Bizimyol.info xəbər verir ki, Kaliforniyada yaşayan modelyer Saşa Lorin fermentləşdirilmiş çay göbələyindən qəribə istifadə imkanı əldə edib.Bu material quruduqdan sonra süni dəriyə bənzəyir və Lorin bu materiladan dəbli geyimlər hazırlayır.

Londonda fəaliyyət göstərən bir firma isə Flippində annas yetişdirən fermerlərdən

ananas yarpaqlarını alıb. Məqsəd yarpaqdan hazırlanmış parçadan çanta, ayaqqabı, notbuk üzlüklərinin hazırlanmasıdır.

Kütləvi istehsal nəticəsində hər il milyonlarla ton istifadə edilməmiş qida tullantı şəklində atılır. Buna görə mütəxəssilər qida məhsullarından ekoloji parça hazırlanması üzərində baş sındırmağa başlayıblar və ilk nəticələr özünü göstərməkdədir.

Böyük Britaniyanın Lidsk Universitetinin tekstil kimyası üzrə mütəxəssisi Riçard Blekbern hesab edir ki, şəkərlə zəngin taxıl məhsullarından süni lifli parçalar gözəl alınar. Çay göbələyindən hazırlanmış geyim isə hələlik hamı üçün əlçatan olmasa da, bu gələcəkdə ümumi istehsala çevrilə bilər.

Avstraliya Kvinslend Kollecinin əməkdaşı, biokimyaçı Piter Mask çay göbələyinin istehsalının artrılması yolları üzərində işləyir. Əgər hər şey planlaşdırıldığı kimi getsə, insanlar pambıq, yun və sintetik geyimlərə yox, çay göbələyindən tikilmiş firma məhsullara üz tutacaqlar.

İlhamə Rəsulova

Kif göbələyindən geyim

Son xəbərlər
Bütün xəbərlər »