Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tutulan generala qarşı ittihamlar açıqlandı

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işinə başlanılıb.

Qafqazinfo-nun məlumatına görə, saxlanılan şəxslərlə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Əfqan Nağıyev Əfqan Nağıyev

Faktla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onunla birlikdə daha üç vəzifəli şəxsin saxlanıldığı bildirilir.

İlkin məlumata görə, general və əməkdaşları balıqçıların gəmi ilə qanunsuz ov etməsinə şərait yaratmaq şübhəsi ilə tutulublar. Rəsmi açıqlamada qeyd olunan mülki şəxslərin də balıqçı olduqları bildirilir.

Hazırda DTX və Baş Prokurorluq tərəfindən birgə istintaq hərəkətləri davam etdirilir.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »