Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi ölkələrdə “YouTube”un videolarına baxmaq mümkün olmayıb

“YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” portalı məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiyanın istifadəçiləri şikayət edirlər. Nasazlıqlarla habelə Rusiya sakinləri də qarşılaşıblar.

Şikayətlərin çox hissəsi (61%-i) videolara baxışda yaranan problemlərə aiddir. İstifadəçilərin daha 37%-i videohostinqin işindəki digər nasazlıqlardan şikayətlənirlər, 1% istifadəçi isə öz hesabına girə bilmir.

Son xəbərlər
Bütün xəbərlər »