Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Skandinaviyada minlərlə insana çip qoyublar - Video

Koronavarusla bağlı dünyada təlaş, həyəcan hökm sürür. İnsanlar həm özünün, həm də dünyanın gələcəyi ilə bağlı narahatdır. Konspiraloji düşüncə də var. İnsanlara çip qoyulacağını fikirləşənlər az deyil. Buna görə hətta dünyanın ən varlı ikinci insanı Bill Qeyts ittiham olunur.

Bizimyol.info xəbər verir ki, Skandinaviyada minlərlə insana çip qoyublar. İsveç bu mənada xüsusi fərqlənir. Əsasən isveçlilər həyatını çipə həvalə etməyə meyllidir.

“Euronews”a danışan Martin Levin deyir ki, “Linkedin” hesabını çip vasitəsilə açır. İsveçlinin sözlərinə görə, texnoloji vasitə onun sürətli hərəkətinə şərait yaradır: “Şəxsən mən mikroçipin pis tərəfini görməmişəm. Deyirlər ki, guya insanın izlənmə ehtimalını artırır. Amma bunun passiv texnoloji vasitə olduğunu unutmayaq. Çipin ötürdüyü informasiyanın oxunması üçün çox yaxında olmaq gərəkdir”.

Belə bir düşüncə var ki, çip bədənə yerləşdirilərkən ağrı ola bilər. Levin bunu arı sancmasına bənzədir. İsveçlinin çipdən gözləntiləri çoxdur. Martin bundan hər cür kommunikasiya imkanı təklif edən ekosistem formalaşdırmasını gözləyir. Levin şəxsiyyətini təsdiq edən sənədləri bir növ dərisinin altında gəzdirir. Amma çipin ödəmələr üçün işə yaramasını da istərdi.

Son xəbərlər
Bütün xəbərlər »