Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandı

Cari ildə dünya iqtisadiyyatı COVID-19 pandemiyası nəticəsində 3,2 faiz kiçilib, yəni 8,5 trilyon ABŞ dolları məbləğində zərərə uğrayıb.

Bu barədə BMT-nin İqtisadi və sosial işləri departamentinin (UN DESA) “Dünyada iqtisadi vəziyyət və perspektivlər” adlı son hesabatında bildirilir.

“Bu qədər itkilər dünya ÜDM-nin əvvəlki dörd ildəki artımını heçə endirəcək. Həm də ÜDM sənayesi inkişaf etmiş ölkələrdə daha çox, 5 faiz azalacaq, inkişaf edən ölkələrdə isə azalma 0,7 faiz olacaq”, - sənəddə göstərilir.

Yeni koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər dünya iqtisadiyyatının 90 faizinə təsir edərkən istehsalat zəncirlərinin pozulmasına, tələbatın azalmasına, işsizliyin artmasına gətirib çıxardı. Hesabat müəlliflərinə görə koronavirusun fəsadları üzündən dünyada 56 faizi Afrikanın payına düşən 34,3 milyon insan yoxsulluq həddindən aşağıya düşəcək.

“Bir çox ölkələrdə hökumət tərəfindən həyata keçirilən və dünya ÜDM-nin 10 faizinə qədərinə müvafiq olan təkanverici tədbirlər müsbət haldır. Pandemiya başa çatandan sonra dünya iqtisadiyyatının nə qədər tez dirçələcəyi dövlətlərin iş yerlərini qoruyub saxlamaq, əhalinin daha çox zərərə uğrayan təbəqələri üçün gəlir təmin etmək bacarığından birbaşa asılıdır”, - deyə BMT baş katibinin iqtisadi inkişaf üzrə köməkçisi Eliot Harris fikrini bildirib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »