Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə neft bazarında müştəriləri itirir

OPEK+ razılaşması işə düşəndən sonra Səudiyyə Ərəbistanı neftinin satışı azalıb. ABŞ-da və Avropada ərəb ölkəsinin məhsuluna ehtiyac iki dəfə aşağı düşüb.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiyada azı 12 müştəri itirib. Hasilatın azaldılması bazarda özünü göstərməyə başlayıb. Səudiyyə bazarda mövqelərini itirir.

OPEK+ razılaşmasından sonra Səudiyyə Ərəbistanı sutkada 8.5 milyon barel neft hasil edir. Ərəblər iyundan hasilatı daha 1 milyon barel azaltmağı düşünür. Beləcə, aprellə müqayisədə azalma 5 milyon barelə çatacaq.

ABŞ-da və Avropada Səudiyyə neftini daha əvvəlki kimi həvəslə almırlar. Tələb təxminən 60-70 faiz azalıb.

Əsas səbəb Səudiyyə Ərəbistanının güzəştləri azaltmasıdır. Ərəblər rusları bazardan sıxışdırmaq üçün müxtəlif tədbirlər həyata keçirmişdi. Qiymətlər azı 10 dollar aşağı salınmışdı. Cənubi Avropa ölkələrinə hətta nisyə neft təklif olunurdu. Bunun sayəsində ABŞ-a ixracat 4 dəfə artmışdı. Polşa ərəblərə güvənərək rus neftindən boyun qaçırmışdı. Amma büdcədə yaranan kəsrlər Səudiyyə Ərəbistanını siyasəti dəyişmək məcburiyyəti qarşısında qoydu. Güzəştlərin azalması isə müştəriləri qaçaq salır.

Son xəbərlər
Bütün xəbərlər »