Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 410 milyon ABŞ dolları, yaxud 0,5% azalaraq 85,83 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 34,7 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 102 milyon ABŞ dolları, yaxud 0,3% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 308 milyon ABŞ dolları, yaxud 0,6% azalaraq 51,15 milyard ABŞ dolları təşkil edib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »