Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə virus üzərində qələbəsini elan etdi

Koronavirusla dünyanın əksər ölkələri mübarizə aparır. Bu dövlətlərin arasında ciddi uğur qazananlar var.

Bizimyol.info xəbər verir ki, daha bir ölkə koronavirusla mübarizədə qələbə qazandığını elan edib. Mavriki pandemiyanı öz sərhədlərindən uzaq tutmağı bacarıb. Son 17 gündə Asiya ölkəsində infeksiya qeydə alınmayıb.

Mavrikinin səhiyyə naziri Kayleş Yaqutpala uğura görə cəmiyyətlə əməkdaşlığa borclu olduqlarını bildirib. Onun sözlərinə görə, ciddi karantin elan olunmasaydı, yüksək nəticə əldə edə bilməyəcəkdilər. Mavrikidə hətta supermarketlər də bağlanmışdı. Yaxşı nəticəyə baxmayaraq, hələ də ictimai yerləri, məktəbləri açmağı düşünmürlər.

Mavrikidə indiyə qədər 332 virus daşıyıcısı qeydə alınıb. Pasiyentlərdən 10-u infeksiya üzündən həyatını itirib. Ölkənin Səhiyyə Nazirliyi yerdə qalan hər kəsin sağaldığını bildirir.

Dünən Tailandla bağlı oxşar xəbər çıxmışdı. Asiya ölkəsində pandemiya başlayandan bəri ilk dəfə olaraq günü infeksiyasız başa vurmuşdular. Amma bu gün 1 tailandlıda virus aşkarlanıb.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »