Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yer üzünün buzlu cənnəti İslandiya

İdeal dövlət və cəmiyyət utopiyadırmı? Bir çox mütəfəkkirlərin fikrinə görə bəli. Müxtəlif xarakter və keyfiyyətə malik milyonlarla insanın yaşadığı, qəddarlıq və zorakılıqın baş alıb getdiyi dünyada bu mümkünsüz kimi görünsə də, Yer üzünün cənnəti sayıla biləcək sülh və sabitlik içində yaşamağın mümkün olduğu bir ölkə var - İslandiya.

İslandiyadakı idarəetmə siustemi barədə çox yazılmayıb. Lakin bu ölkə bir çox ölkələrə nümunə ola bilər.2008-ci ildə iqtisadi böhran baş verəndən sonra ölkədə inqilabi yeniliklər başladı. Siyasi qüvvələr hakimiyyətdən getdi, banklar milliləşdirildi, böhranı yaradanlar isə həbs edildi.İnsanlar yeni konstitusiyanı dəstəkləmək üçün küçələrə axışdılar. Əhalinin 93 faizi beynəlxalq banklara olan borcun geri qaytarılmamasına səs verdikdən sonra beynəlxalq aləm bu ölkəni təcrid və sanksiyalarla hədələdi. Lakin islandlar tabe olmadılar. Onlar “şimali Haiti olmaqdansa şimali Kuba olarıq” şüarını irəli sürdülər.

Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən bu ölkə 1944-cü ildə özününün Britaniya müstəmləkəsindən azad olduğunu bəyan etdi. Ada dövlətidir. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, Bu gün İslandiya sosial modeli ilə nümunə göstərilir. O dünyanın ən qabaqcıl sosial sistemə malik ölkəsidir.123000 kvadrat kilometr əraziyə malik ölkədə cəmi 325000 nəfər yaşayır.Hər kvadrat kilometrə 3 nəfər düşür. İnsanlar demək olar ki, bir-birlərini tanıyırlar. Buna görə avtomobillərinin və evlərinin qapılarını da bağlamadan gəzə bilirlər. Ölkədə oğurluq yox səviyyəsindədir. İslandiyaya gələn turistlərin sayı ölkə əhalisindən iki dəfə çoxdur. Turizm ölkədə ÜDM-nin üçdə birini təşkil edir.

İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni İslandlar təşkil edir.

İslandiyanın ordusu yoxdur. Sərhədləri sərhədçilər qoruyurlar.Əgər islandiyalı orduda xidmət etmək nistəyirsə iki ölkə arasındakı müqaviləyə əsasən Norveç ordusuna qoşula bilər.

İslandiya İslandiya

Avtomobil yanacağı istisna olmaqla ölkədə qeyri ənənəvi enerji növündən istifadə olunur. Ölkə mərkəzi istilik sistemindən istifadə edən az saylı Avropa ölkələrindədndir. Bu ölkədə evlər yeraltı qeyzerlər hesabına qızdırılır və istilik əhaliyə pulsuz olaraq verilir. Yolların buz bağlanmasının qarşısını almaq üçün yolların da altından isti su boruları keçir.

İslandiyada məktəb və kolleclər pulsuzdur.

İctimi səhiyyəsi ən yüksəsk səviyyədə olan ölkə hesab olunur. Ölkədə özəl xəstəxanalar və tibbi sığorta mövcud deyil. Orta yaş həddi dünyada ən yüksək göstəricilərdən birinə malikdir: kişilərdə 81,3 il, qadınlarda isə 76,4 ildir.İslandiya hər il ən yüksək həyat səviyysinə malik ölkələrin ilk onluğuna daxil olur.

İslandiya dəmir yolu xətti olmayan azsaylı ölkələrdən biridir. İslandiya dili son 100 ildə heç bir dəyişikliyə uğramayıb. İslandiyada polisə silah daşımaq qadağan edilib. Ölkəyə əmək miqrantı kimi gələnlərə heç bir problem yaradılmır, əksinə işçi qüvvəsinə həmişə ehtiyac var. Təkcə keçən il 7000 işçi qüvvəsinə ehtiyac olduğu bildirilib. Burada yaxşı ödənişli iş tapmaq imkanı var.

Əgər bu qədər məlumatdan sonra buzlar cənnətinə səyahət etmək fikriniz varsa bilin ki, İslandiya ən asan viza verən ölkələrdəndir. Bu ölkəyə birdəfəlik və çoxdəfəli giriş rüsumu 35 avro təşkil edir.

İlhamə Rəsulova

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »