Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda taksi sürücüləri şirkətləri baykot etdilər

1500-dən çox taksi sürücüsü sosial şəbəkələrdə qruplaşaraq taksi şirkətlərini baykota çağırıblar.

Bizimyol.info xəbər verir ki, mayın 13-dən başlayan və mayın 15-ə kimi davam edəcək aksiyada əsas məqsəd taksi sürücülərinin hüquqlarının qorunmasıdır. Taksi sürücüləri şirkətlərin onları istismar etdiyini iddia edirlər. Belə ki, taksi fəaliyyətilə məşğul olan sürücülər taksi şirkətlərinin qiymətlərinin ucuz olmasından şikayətçidir.

Baykot çağırışından sonra hətta əksər sürücülər taksi şirkətlərinin proqramını telefonundan sildiyini bildirib.

“Avtomobil məndən, yanacaq məndən, can məndən, qazanan taksi şirkətləridir. Sürücü saatlarla gözləyir ki, hansı şirkət sifariş verəcək. Sivil qaydada baykot edək”,-deyə taksi sürücüsü Rasim Şirinov bildirib.

Taksi sürücüləri şirkətləri bir-birilə qiymətlə deyil, keyfiyyətli rəqabət etməyə çağırırlar.

Qeyd edək ki, taksi sürücüləri ilk olaraq "Maxim" və "Omega" şirkətlərinin baykot etmək qərarına gəliblər.

Ramid İbrahimov

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »