Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ülvi Mehdiyev: “Pandemiyadan əmələ gələn mənfi nəticələri dəf edib uğur qazanmalıyıq”

“Karantin rejimi dövründə dövlət xidmətlərinə əlçatanlığını təmin etmək üçün ASAN xidmət mərkəzləri də yeni iş qrafikinə adaptasiya olub. Vətəndaşların təhlükəsizliyi və sağlamlığını qorumaq şərtilə xidmətlər göstərməyə davam edirik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda olan ASAN Qlobal Veb Forumda Agentlik sədri Ülvi Mehdiyev bildirib.

“ASAN xidmət” barədə Forum iştirakçılarına məlumat verən Agentlik sədri deyib ki, bu günə qədər mərkəzlərdə 37 milyon müraciətə cavab verilib, müştəri məmnuniyyəti isə 99 faizdir: “Dövlət xidmətlərinin təqdim olunması və təkmilləşdirilməsi başlıca prioritetdir. “ASAN xidmət” xidmətlərin rəqəmsallaşdırılması, elektronlaşdırılması istiqamətində işlər aparır. “ASAN xidmət” rəqəmsal idarəetmə ilə bağlı BMT-nin xüsusi mükafatına da layiq görülüb. Bizim sistemimiz beynəlxalq səviyyədə bir sıra ölkələr tərəfindən yoxlanılıb və “ASAN xidmət”in əsas konsepti 7 ölkədə artıq tətbiq olunur.

Biz COVİD-19 pandemiyasından əmələ gələn mənfi nəticələri dəf edib uğur qazanmalıyıq. Səmərəli əməkdaşlıq isə bunun əsas şərtidir. Əminəm ki, bu əməkdaşlıq dövlət və özəl sektorun birgə işi nəticəsində ola bilər. İnnovasiyalar və smart həllər bəşəriyyətin və vətəndaşlarımızın da xeyrinədir. Bu görüş praktiki bir toplantı olaraq bizə böyük fayda verəcək. COVİD-19-a qarşı mübarizə kontekstində, eyni zamanda gələcəkdə bu cür çağırışlara doğru cavab vermək önəmlidir”.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »