Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun qorxunc qeyri-tipik simptomu aşkarlandı

Rusiya Federal Tibbi Bioloji Agentliyinin məlumatına görə, həkimlər COVİD-19-un müalicəsi zamanı yeni simptomlarla qarşılaşıblar.

Bizimyol.info agentliyə istinadən xəbər verir ki, bu günə qədər məlum olan əlamətlərlə yanaşı, indi koronavirus kəskin peritonitə də səbəb ola bilir. Qeyd edək ki, peritonit qarın boşluğunun iltihabıdır. Peritonitin simptomları qarın ağrısı, qızdırma, ishal, sidikqovucu müalicəyə rəğmən yaxşılaşmayan assit, bağırsaq keçməməzliyi ola bilər. Çox vaxt steril periton boşluğuna mikrobların daxil olması nəticəsində meydana gəlir.

Artıq iki pasiyentdə koronavirusla əlaqədar kəskin peritonit də aşkarlanıb. Dərhal diaqnostik laparoskopiya edilən xəstələrin aşağı qarın nahiyəsində astsit- ciddi bulanıq maye aşkarlanıb. Agentliyin məlumatına görə, bu göstəricilər təcili cərrahi əməliyyat tələb edən göstəricilərdir.” Xəstələrdə digər kəskin cərrahi potologiya aşkarlanmayıb”,- deyə məlumatda bildirilir.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »